Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Buzovna qəsəbəsində evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Ev sahibi hadisə ilə bağlı 2-ci polis şöbəsinə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin bacısı, Sabirabad rayon sakini S.Nəsirova saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.