4 Oktyabr 2018 15:31
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 2-də Mingəçevir şəhərində seçicilərimin qəbulunu keçirdim. Həmin axşam müxalifyönlü saytlardan biri görüşüm barədə məlumat verərək başlığa “Aydın Mirzəzadə: “Azərbaycanda işsizlik deyə bir problem qalmayıb” sözlərini çıxarmışdı. Baxmayaraq ki, mən belə söz işlətməmişəm və bunu təsdiq edəcək mətn, videogörüntü, səs yazısı yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə qeyd edib ki, o, yalan yazan saytla bağlı böhtan atılması şikayəti ilə Mətbuat Şurasına müraciət edib:

“Saytla əlaqə saxlanıldı, sayt üzr istəməkdən imtina etsə də, həmin materialı səhifəsindən sildi”.

Deputat daha sonra deyib:

“Mən bir vətəndaş və deputat kimi ölkəmizin uğurlarını və çətinliklərini yaxşı bilirəm, Heydər Əliyeviт və cənab Prezidentin siyasi əsgəri olmağımla fəxr edirəm. Siyasət döyüşdür və dediklərimi kimsə bəyənməyə bilər. Bu onun hüqüqudur və kiminsə fərqli düşünməyinə hörmətlə yanaşıram. Ancaq mübarizədə böhtandan, təhqir metodundan istifadə etmək, insanın demədiyi sözü zorla onun adına yazmaq cəhdi hələ heç kəsə başucalığı gətirməyib”.


Müəllif: Səxavət

Oxşar xəbərlər