Goranboy rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Səfikürd kəndindəki kafelərin birində rayon sakini E.Əliyevin cibindən 550 manatını və sənədini oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Nadirkənd kənd sakini olan qadın saxlanılıb.