Məşhur opera müğənnisi Monserrat Kabale dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, 85 yaşlı müğənninin Barselonada müalicə aldığı xəstəxanada qəflətən halı pisləşib və həkimlərin səyinə baxmayaraq onu qurtarmaq mümkün olmayıb.
Qeyd edək ki, Kabale 2013 və 2014-cü illərdə Qarabağa qeyri-qanuni səfər edərək konsert verib və Azərbaycanın suverenliyi haqqında qanunu kobud şəkildə pozub.
Bu səbəbdən opera müğənnisinin adı Azərbaycanda “arzuedilməz” şəxslərin siyahısına salınıb.