Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki qızıl əşyalarının təmiri sexlərinin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xətai Nəbiyev saxlanılıb.