8 Oktyabr 2018 11:02
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Əmircan qəsəbəsində 1983-cü il təvəllüdlü Xosrov Məmmədov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Əfsanə Məmmədovanı bıçaqlayaraq öldürüb.

Cinayəti törədən Xosrov Məmmədov hadisədən sonra polisə təslim olub.

Hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər