Kriminal avtoritet Lotu Quli ləqəbli Nadir Səlifov bu gün İstanbulda həbs edilib.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, o, Cinayətkarlığa Qarşı Mübarizə Əməkdaşları tərəfindən həbs olunaraq polis bölməsinə aparılıb.
Lotu Qulinin telekonfransla Rusiyadakı iş adamlarından xərac aldığı iddia edilir.
Səlifov Rusiya mətbuatında çıxan xəbər əsasında saxlanılıb. "Rambler.ru"da "Türkiyədəki oğru Rusiyadan xərac yığır" başlıqlı yazıda Nadir Selifovun Rusiyada, xüsusilə Kalujsk bölgəsindəki topdansatışla məşğul olan iş adamlarından "haqq" yığdığı qeyd olunur.
Kalujsk bölgəsindəki bazarlara daha öncə 2016-cı ilin avqustunda Türkiyənin Beşiktaş qəsəbəsində qətlə yetirilmiş Rövşən Canıyev nəzarət edib.
Canıyevin ölümündən sonra həmin bazarlara nəzarət Lotu Qulinin əlinə keçib.