10 Oktyabr 2018 15:49
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə bibər qazından zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bütün uşaqlar xəstəxanadan buraxılıb.

Bu gün məktəbdə şagirdlərin valideynləri ilə görüşdə keçirilib.

Valideyənlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət etsinlər. Hazırda məktəbdə hər şey qaydasındadır.

Qeyd edək ki, bu gün Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb, şagirdlər bibər qazından zəhərləniblər.

Hadisə ilə əlaqədar məktəbə Təcili Tibbi Yardım Stansiyasının 4 həkim briqadası göndərilib. Təcili Tibbi Yardım avtomobilləri məktəbdən 9 şagirdi götürərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirib.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər