Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 10-da, saat 20 radələrində Yasamal rayonunun Ş.Qurbanov küçəsində yerləşən yeraltı piyada keçidində naməlum şəxs Bakı şəhər sakini olan bir qadının 262 manatını əlindən alınıb.
27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Məhərrəm Məhərrəmzadə saxlanılıb.