16 Oktyabr 2018 12:00
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 16-da Şəki şəhərinin Cumakənd kəndi ərazisində kənd sakinlərinə məxsus 50 hektar biçilmiş taxıl sahəsindəki küləş yanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanğın söndürülüb, xəsarət alan olmayıb.

Şəki şəhər-rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sahənin yandırıldığı müəyyən edilib.

Görülmüş tədbirlərlə yanğını törətməkdə şübhəli bilinən Baş Layısqı kənd sakini İdris Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər