Bərdə rayonunda dostunu ehtiyatsızlıqdan öldürməkdə şübhəli bilinən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, hadisə oktyabrın 15-də Bərdə rayonunun Böyük Göyüşlü kəndi ərazisində qeydə alınıb.
Kənd sakinləri Sadiq Tapdıqbəyli və Yaşa Kərəmli ov etmək məqsədilə meşəlik əraziyə gedib.
Orada olarkən Sadiq Tapdıqbəyli ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə Yaşa Kərəmliyə xəsarət yetirib.
Nəticədə sonuncu hadisə yerində ölüb.
Sadiq Tapdıqbəyli Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.