Lənkəranda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 8-də Gərmətük qəsəbə sakini olan azyaşlı qızın qulağındakı bir cüt qızıl sırğası naməlum qadın tərəfindən alınıb.
Lənkəran şəhər-rayon polis şöbəsinə baş verən soyğunçuluq hadisəsi barədə müraciət olunub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.İsmayılova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.