19 Oktyabr 2018 12:15
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir.

Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.

***

09:12

Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə ciddi dəyişiklik qeydə alınmayıb.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur: "Vəziyyət stabilləşməyə doğru gedir".


Müəllif: Aytən

Oxşar xəbərlər