21 Oktyabr 2018 12:41
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahın məlumatında deyilir.

"Sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmənin qaş hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir. Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb. Bu da sürüşmənin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müşahidə olunub. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış mayaklarda dinamik dəyisiklik qeydə alınmayıb", - deyə məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər