Bakının Suraxanı rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Hövsan qəsəbəsi ərazisindəki evlərin birinin girişində Aleksey Çesnakov münaqişə zəminində arvadı Qalina Sapkinaya və onun rəfiqəsi Elmira Mirzəyevaya bıçaqlayıb.
30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda şübhəli bilinən Aleksey Çesnakov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.