Bakının Binəqədi rayonunda oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Sulutəpə qəsəbəsindəki evlərin birindən 500 manat və televizor oğurlanıb.
Ev sahibi baş verən hadisə ilə bağlı 40-cı polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin kürəkəni, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Coşqun Qəmbərov saxlanılıb.