Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Məmməd Həsənov və Vüsal Əlizadə saxlanılıblar.