Britaniya dövlətinin kəşfiyyat orqanı olan Mİ 5-in rəsmi internet saytında rus dilini peşəkar bilən şəxslərin işə qəbulu ilə bağlı elan yerləşdirib.
Məxfi strukturların kontingentinin necə formalaşmasına dair əsatirləri bir kənara qoyub yalnız onu deyək ki,belə seçim Qərb təcrübəsində bəzən hansısa gizli halın pərdələnməsi üçün gərək olur. Əks kəşfiyyata cavabdehlik daşıyan sözügedən qurum ildə 30 min funt sterlinq maaş vəd edərək ələ keçirilmiş poçt,yaxud audio yazılarınn rus dilindən ingiliscəyə tərcümə olunmasına çalışacağını bəyan edib.Şübhəsiz ki,bu zaman təkcə dil biliklərini deyil,Rusiyanın tarixi,mədəniyyəti və ideologiyasını da bilmək həmin vakansiyaların qazanılmasında mühüm şərtlərdəndir.
Son aylar ərzində Avropadakı hərəkətlilik və dövlət orqanlarının keçmiş sovet məkanına fövqəladə diqqət göstərməsi hamının yaxşı bildiyi səbəblə bağlıdır.Qərb “rus təhlükəsi” kimi kütləvi-informasiya vasitələrində tirajlandırdığı qorxusunu yenidən dəyərləndirməyə başlayıb və keçmişdə gərək duymadığı qədər yeni sovetoloqlara ehtiyacını gizlətməyib.Onların uzun illər ərzində kabinetlərdə fəaliyyətləri yalnız informasiya texnologiyaları üzərində ixtisaslaşan kadrlarını Edvard Snouden ifşa edəndən sonra casusluq fəaliyyətində böyük spamlar yaşanmaqdadır.Xüsusilə də Ukraynanı ələ keçirənlərin əsas kütləsini Baş Kəşfiyyat İdarəsinin yüksək görəvli nümayəndələri təşkil edir.Onlar hərbi hücumun ön cəbhəsində gedirlər.Amerika və digər Atlantika dövlətləri isə hadisələrin ikinci planında siyasi əzələ nümayişi və məlumatların ekpertizasını həyata keçirirlər ki,bununla da Rusiyanın heç bir planını əvvəlcədən faş etmək olmaz.
Dünən isə kəşfiyyat örtüyünü ataraq özünü ictimai nəzərə təqdim edən rusiyalı çekist İqor Strelkov bir daha dünyaya göstərdi ki,bu müharibənin forpostunda kəşfiyyatçılar durur və onlar döyüşü uğurla aparırlar.Krım hadisələrində əsas fiqurlardan olan Srelkov indi özünü yeni müstəqil dövlət elan edən Donetsk Xalq respublikasının başçısı sayır.
Bəs Britaniya kimi dərin dövlətçilik ənənləri olan bir dövlətin indi rusdilli mütəxəssislərə müraicəti nə ilə bağlıdır?Həqiqətənmi ələ keçirlimiş milyonlarla “radioməlumat”ları filtrasiya edib rəsmi orqanların qərarverməsinə təqdim etmək lazımdır?Yoxsa,rus dilinin hökmünü Dumanlı Albionda təzə anlamağa başlayıblar?
Görünən odur ki,Ceyms Bond əfsənəsi üzərində hər yerdə və istənilən vaxt hörümçəkləri olan Atlantik casuslar şəbəkəsi və müxtəlif gizli lojaların dünya idarəçiliyi barəsindəki mifləri yeni böyük Rusiyanın dirçəlişi,yaxud oyanışı fonunda əriyib yox olur.Vaxtilə 007 kod nömrəsini brendə çevirib az qala hər kəsin içində oturmuş məxfi nəzarət idolları haqqında filmlər və balladalar qurmaq olardı
Lakin Corc Oruelin “1984” əsərində dahiliklə uzaqgördüyü məxfi qurumların insan təfəkkürlərinə nüfuz etmək bacarığı indi 21-ci əsrin yeni kəşfiyyat orqanlarının vasitəsilə qurulub. Onlar müxtəlif dövlətləri təmsil edərək yer üzünü caynağına keçirmiş şəbəkələrdir və aralarında amansız müharibəni bütün miqyası ilə görmək mümkün deyildir. Elə görünür,sovetlərin çöküşü həm də bununla bağlı idi.Vaxtilə Ceyms Bondun prototipi-Sidney Reylinin bütün avantüralarını və inam qazanaraq ələ keçirdiyi məlumatların SSRİ-yə vurduğu ziyanı hamıdan yaxşı görən elə imperiya dövlətinin birinci adamı- yoldaş Koba olmuşdu.Stalin özü şəxsən bir neçə ad altında antisovet fəaliyyəti aparan Slom Rozenblyümü-Ceyms Bondu qətlə yetirməyi əmr etmişdi və buna nail olmağı bacarmışdı.
Soyuq müharibədən sonra Avropa məkanında rus kəşfiyyatı öz fəaliyyətini dayandımadı.Düzdür,Yeltsin hakimiyyəti ilərində Federal Kəşfiyyat Bürosunun az qala mərkəzi idərəsinə qərbli təlimatçılar və yeni strateqlər asanlıqla daxil ola bilirdi.Lakin bunlar 20-ci əsrin sonuna qədər davam etdi.2000-ci ildə Rusiyada hakimiyyət keçmiş keqebeşniklərin əlinə keçdi.Əslində buna birinci rus prezidenti məcbur oldu da,deyə bilərik.Olimpə yüksəliş təkcə Putini deyil bütün məxfi xidmət orqanlarını cəmiyyətin və digər peşələrin fövqünə qaldırdı.İndi onlar dünyanın hər yerində uğrula iş aparırlar.Britaniya parlamentindən 3 ilə əvvəl qovulan “radist Ket” sübut etdi ki,Rusiya dövlətini ingilslərin hər şeyi-DÖVLƏT ELİTASININ QƏRAVERMƏ PROSESİNDƏN ŞƏXSİ ANTİPATİYA VƏ SİMPATİYALARA QƏDƏR MARAQLANDIRIR.Heç nə dəyişməyib.Əgər NATO-da hazırlanan bir plan varsa,bunun üçün Belçikaya-əsas qərargaha yollanmağa nə ehtiyac var.Yalan,ələ alma və manipulyasiya üzrə təcürbəli peşəkarlar bu işi elə Londonda da yerinə yetirirlər.Plutoniumla başlanan və zəhərlənmə ilə həyatını bitirən Aleksandr Qordievski işi,yaxud Təhlükəsizlik Şurasının katibi Boris Berezovskinin müəmmalı asılma olayı rus əlinin nə qədər uzun olduğunu bir daha hamıya sübut etmişdi.Onlar istənilən ağır şəraitdə işləməyi bacarırdılar.Hər şeydən tük çəkmək-Kremlə-Baş Mərkəzə ən qiymətli məlumatları təqdim etməkdə onların əvəzi yoxdur.
Anna Çapman hadisəsi sübut etdi ki,Britaniyada sadəcə rielterlik edən birisini Londondan ta Nyu-Yorka qədər geniş bir məkanda agentura fəaliyyətinə cəlb etmək mümkündür.İndi dünyaya rus modası və sirlərini yayan 32 yaşlı bu xanımın adı nəinki dar çərçivədə dəbdədə axtaranların,yaxud xüsusi xidmət orqanlarının,eləcə də yeni ideallar uğrunda Rusiyada Gənc qvardiyaçı olmaq istəyənlərin əsil kumirinə çevrilib.Onun şöhrəti ədəbi-bədii obrazlarla yaxşı zənginləşdirlimiş Ceyms Bonddan heç nə ilə geri qalmır.O,öz ölkəsinin 007 nömrəli agentidir.
Vaxtilə Rusiya “beyin axınları”na məruz qalmaqdan gileylənir və nəinki təcrübəli müəllimləri,hətta hərbi-təhlükəsizlik mütəxxislərini həyat uğrundakı amansız çarpışmada Qərb partnyorlarına təhvil verməyə məcbur olurdu.Onda Avropa bu ucuz işçi qüvvəsinə çox da canı-dildən sahib çıxmamışdı.Axı SSRİ adlı nəhəng imperiya dağılmış,xarici laboratoriyalarda hazırlanan Üsəma bin Ladenlərə ehtiyac qalmamışdı.Görünür,rus dilinin hökmü qayıtdıqca,Ağ Evdən Berlinə qədər məlum paytaxtlarda təssüflənirlər:deyəsən,onlar antisovet gizli eskadronunu öldürməyə bir az tələsiblər axı.
İndi çoxları rus dilini təzədən öyrənməyə başlayıb.Çünki bu təkcə Qoqolun,yaxud Puşkinin ədəbi dili deyil,həm də Putinin dünya ilə danışdığı dildir.Çekistlərin dili fərql olur,deyirlər.Rus rəhbəri son xalqla dialoqunda-siyasi şousunda Edvard Snoudenə necə demişdi?
Zahid Oruc
Millət vəkili