Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində 7 nəfərə məxsus velosipedlərin oğurlanması barədə 35-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Eldar Əmirbəyov saxlanılıb.
Cinayətlərin törədilməsində iştirak edən daha 2 nəfərin şəxsiyyəti müəyyən edilib.