4 Noyabr 2018 15:39
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtalyada bir həftədir davam edən fırtına və sel hər gün yeni can alır.

Teleqraf.com xəbər verir ki, dünən axşam İtalyanın Trentino və Veneto bölgələrində davam edən fırtına zamanı meşəyə ildırım düşüb. Fırtına bölgədəki çoxlu ağacı kökündən qopararkən, iki turistin də ölümünə səbəb olub.

87 yaşlı qadın və 62 yaşlı kişinin meyiti yarılmaq üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, İtalyada məhz belə hava şəraitinə görə ölənlərin sayı 20-yə çatarkən, ölkəyə bir milyon yarım dollara yaxın ziyan dəyib.


Müəllif: Aytən

Oxşar xəbərlər