Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Samir Şirinovun evində olmadığı vaxt 20 min manatlıq qızıl-zinət əşyaları, 6800 dollar, 50 avro və 4500 manat oğurlanıb.
Zərərçəkmiş baş verən oğurluq hadisəsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə məlumat verib.
Hazırda polis cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görür.
Faktla bağlı cinayət işi başlanıb.