6 Noyabr 2018 09:41
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, iki nəfər naməlum şəxs rayon ərazisində Qazax sakini Elşən Mehdiyevə zor tətbiq edib, onun 100 manatını alıb.

19-cu polis şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ucar rayon sakini Ayaz Həsənquliyev və Ağdam rayon sakini Hüseyn Ramazanov saxlanılıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər