7 Noyabr 2018 20:28
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Maqas şəhərindən Moskvaya uçan təyyarə məcburi eniş etməli olub.

Teleqraf.com xəbər verir ki, hadisəyə səbəb göyərtədə sərnişinin siqaret çəkməsi olub.

“Pobeda” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan sonra sərnişinlərdən biri siqaret çəkməyə başlayıb. Nəticədə pilot təyyarəni Volqoqradda endirmək qərarı alıb.

Qaydanı pozan şəxs polis tərəfindən saxlanıldıqdan sonra təyyarə Moskvaya yolunu davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər