9 Noyabr 2018 12:55
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda gənc oğlan şantaj edilib.

Teleqraf.com xəbər verir ki, Göygöl rayon sakini E.Məmmədov şantaj olunması ilə bağlı 19-cu polis şöbəsinə müraciət edib.

Zərərçəkmiş naməlum şəxsin onun qeyri-etik hərəkətlərini videoya çəkərək sosial şəbəkədə yayacağı ilə hədələyib, 50 manatını aldığını bildirib.

Polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyən ediblər.

Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər