9 Noyabr 2018 20:30
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucarda avtomobil velosipedçini vurub öldürüb.

DİN-dən Teleqraf.com-a verilən məlumata görə, noyabrın 8-də saat 14 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Bərdə şəhər sakini Rüfət Xankişizadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə velosipedlə hərəkətdə olan kənd sakini Xaləddin Abdullayevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com