12 Noyabr 2018 13:43
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun M.Qardaşları küçəsi 119 ünvanından yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan Elnur Əliyev Namiq Nəcəfovu güllələyib.

Namiq Nəcəfov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə törədən Elnur Əliyev tutulub.

Məlum olub ki, hadisə şəxsi münasibətlər zəminində yaranan mübahisə zəminində baş verib.

Noyabrın 11-də, axşam saatlarında Namiq Nəcəfov yaşadığı binanın girişində Elnur Əliyevlə mübahisə edib. Mübahisə zamanı Elnur Əliyev odlu silahdan açdığı atəş nəticəsində Namiq Nəcəfova xəsarət yetirib.

Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Əliyev saxlanılıb və ondan 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-17” markalı tüfəng götürülüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər