12 Noyabr 2018 14:05
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, noyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbə sakinləri Sadiq Mehrəliyev, Cümşüd Kərimov, Elşad Sədirov və Taleh Yusifov ov məqsədilə qəsəbənin dağlıq meşə sahəsinə gediblər.

Noyabrın 10-da saat 19 radələrində Samir Mehrəliyev dağdan yıxılaraq Həmzəlli çayına düşüb və meyiti çayın sahilində tapılıb.

Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən Cümşüd Kərimovdan “TOZ” markalı, Elşad Sədirovdan “BUM” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov