12 Noyabr 2018 14:39
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs paytaxt sakini S.Orucovaya zor tətbiq edib, onun mobil telefonunu alıb.

2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini Asif Rəfiyev saxlanılıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər