13 Noyabr 2018 08:05
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyanın binasında yanğın olub.

Teleqraf.com xəbər verir ki, yanğın binanın üçüncü mərtəbəsindən başlayıb.

Sakinlər təxliyə olunub.

FHN-in yanğından mühafizə briqadası yanğının genişlənməsinin qarşısını alıb.


Müəllif: Cavad