13 Noyabr 2018 09:01
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Şorsulu kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində şəxsiyyəti hələlik məlum olmayan bir nəfər hadisə yerində ölüb. Qəza zamanı habelə Astara rayon sakinləri - 1995-ci il təvəllüdlü Mirzəzadə Orxan Zahid oğlu və 1999-cu il təvəllüdlü Əsədullayev Rəhmin Ramiz oğlu xəsarət alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com