25 Avqust 2014 10:22
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 24-də Abxaziyada keçirilmiş “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan bəyanatda deyilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 24 avqust 2014-cü il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir”.

Səxavət


Müəllif: