18 Noyabr 2018 22:43
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adana vilayətində tükürpədici cinayət hadisəsi baş verib.

Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, ərinin onunla maraqlanmadığını iddia edən Aysel Y. bir yaşındakı körpəsini döyərək öldürüb.

Hadisə ötən gecə Seyhan mahalında baş verib. İddiaya görə, bir müddətdir imam nikahı ilə birlikdə yaşayan İlham K.-nın onunla maraqlanmadığını əsas göstərən Aysel Y. bir yaşındakı qızı Pınar K.-nı döyərək öldürüb.

Polis tərəfindən saxlanılan ana media nümayəndələrinə “bəli öldürdüm, nə var? Allah ərimin bəlasını versin” deyib.

İlhami K.-nın iki dəfə rəsmi şəkildə evləndiyi, ikinci evliliyin hazırda davam etdiyi bildirilir.

Adana Respublika Baş prokurorluğu hadisə ilə əlaqədar istintaq başladıb.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər