21 Noyabr 2018 09:48
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlayıb.

Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.


Müəllif: Hacı Zeynalov