21 Noyabr 2018 17:44
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki rayonun Yolayrıç kəndi ərazisində rayon sakini Emin Kahayev idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində, sərnişini Amid Şabanov isə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov