21 Noyabr 2018 22:09
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda daha bir nəfər itkin düşüb.

Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Sadıqcan küçəsi, ev 15, mənzil 45-də baş verib.

Həmin ünvanda yaşayan Axundov Cəlal Urxan oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə eyni ünvanda yaşayan qardaşı Axundov Ramiz Urxan oğlu noyabrın 17-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com