23 Noyabr 2018 16:19
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Badamdar sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Teleqraf.coma-a verilən məlumata görə, 23 noyabr 2018-ci il tarixində Badamdar sürüşmə sahəsində Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib.

Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb.


Müəllif: Aytən

Oxşar xəbərlər