25 Noyabr 2018 12:59
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlu 2 ay imiş ki, Rusiyadan Azərbaycana qayıdıbmış və doğulduğu kənddə yaşayırmış. O, uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən Oktay Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış.

Bildirilir ki, qətl hadisəsi ötən gecə saat 00:00 radələrində baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər O.Əkbərovun başına tapança ilə 2 dəfə atəş açaraq onu öldürüb.

Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər