26 Noyabr 2018 17:35
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında taksiyə silahlı basqın olub.

Taksidə Gürcüstana səfər edən Azərbaycan vətəndaşları olub.

Bu gün səhər baş verən insident zamanı cinayətkarlar taksinin yolunu avtomobillə kəsiblər. Onlar maşından çıxaraq taksi sürücüsünü döyməyə başlayıblar. Taksidə olan Azərbaycan vətəndaşlarının da xəsarət aldıqları bildirilir.

Basqınçılar pul və maşının açarını götürərək hadisə yerindən qaçıblar.

Taksi sürücüsünün oğlu Aynur Məmmədovun bildirdiyinə görə, cinayətkarlar BMW maşınında olublar: “Maşından 4-5 nəfər maskalı şəxs çıxdı və qazlı silahdan atəş açdılar. Maşındakıların hamısı huşunu yarı itirmiş vəziyyətdə olub. Atamı amansızcasına döyüblər. Sərnişinlərə də fiziki güc tətbiq ediblər, lakin onların vəziyyəti elə də ağır deyil”.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı basqın maddəsi ilə cinayət işi açıb. Cinayətkarları 5 ildən 7 ilədək həbs cəzası gözləyir./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər