Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Pensər kəndi ərazisində qeydə alınıb.
Astara sakini Nahid Əbilov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən Maşxan kənd sakini Rafiq Teymurovu vurub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.