27 Noyabr 2018 21:57
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ailə quran cütlük dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, hadisə səhər saatlarında, Şamaxının Məhəmməd Hadi küçəsi, ev 11 ünvanında qeydə alınıb.

26 yaşlı Nafiz Feyzullayev və onu həyat yoldaşı 21 yaşlı Gülşən Ağayeva ailə üzvləri tərəfindən vanna otağında huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri onların öldüyünü müəyyən ediblər.

Şahid: "Səhər tezdən işə getməli idi. Durublar ikisi də gediblər hamama. Yoldaşım xəbər alıb deyib ki, "mama çıxırıq”. Üzərindən 10, 15 dəqiqə keçmişdi gördüm yoldaşım durdu. Mən də ayılmışdım. Həyətə düşdü, gördüm qışqırır, mən də qaçdım dalıyca. Qapını təpiklə sındırdım. Gördüm ikisi də yerdədir”.

Faktla bağlı araşdırma aparılır. (ARB TV)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər