Türkiyənin Zonquldağ vilayətində yoldaşları ilə mübahisə edən 15 yaşlı şagird 7-ci mərtəbədən özünü ataraq intihar edib.
Teleqraf.com xəbər verir ki, M.K adlı gənc qız sinif yoldaşları ilə mübahisə edəndən sonra hündür mərtəbəli binaya çıxaraq 7-ci mərtəbədən özünü atıb.
Hadisə yerinə gələn ata göz yaşları içərisində "qızım sən nə etdin? Mən sənsiz nə edəcəm"?, deyərək nalə çəkib.
Polis hadisə yerində araşdırma apararkən ətrafdakı insanlar çəkiliş aparıblar.