Qax rayonunda 21 yaşlı qız itkin düşüb.
Teleqraf.com xəbər verir ki, Qax rayon polis şöbəsinə ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Qax rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.