Bakının Yasamal rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini E.Ələkbərov noyabrın 25-də, saat 23 radələrində A.M.Şərifzadə küçəsində naməlum şəxsin hücumuna məruz qalıb.
Həmin şəxs E.Ələkbərovanın başına küt alətlə xəsarət yetirərək, onun mobil telefonunu və noutbukunu alıb.
E.Ələkbərova quldurluqla üzləşməsi ilə bağlı 29-cu polis şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ələddin Hüseynov yaxalanıb.
Məlum olub ki, Ələddin Hüseynov əvvəllər məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.