30 Noyabr 2018 09:12
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 05.36 radələrində Türkiyənin Yalova Çinarcıq bölgəsində Rixter cədvəli ilə 4.1 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, zəlzələ İstanbul, Kocaeli, Bursa, Sakarya və Tekirdağ kimi ətraf regionlarda da hiss edilib.

Qəndil rəsədxanasından bildirilib ki, insanları təşvişə salan zəlzələ 4.3 bal gücündə olub və təxminən 14 kilometr dərinlikdə meydana gəlib.

Təhlükəsizlik və jandarma qüvvələri zəlzələ nəticəsində həlak olan və dağıntılar barədə məlumatın olmadığını açıqlayıb.

İlk zəlzədən sonra daha 7 avtor-şokun baş verdiyi bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər