Ermənistan Müdafiə Nazirliyinin tərkibindəki Hərbi Polisin əməkdaşları avtomobil qəzasına düşüb.
Yerevan-Sevan-İcevan avtomobil yolunda baş vermiş hadisəsi nəticəsində 3 nəfər yaralanıb.
“Mercedes” markalı avtomobilin erməni sürücüsü idarə etməni itirməsi səbəbindən avtomobil çaya düşüb.
Yaralı halda olan sürücü, avtomobilin sərnişinləri Açacur kəndinin 23 yaşlı sakini Araikl və 26 yaşlı icevanlı Karen xəstəxanaya yerləşdirilib.
Hər üçü Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşlarıdır.
Hadisə ilə bağlı araşdırma aparılır. (report.az)