ABŞ-da əqli qüsuru olan şagirdlərə dərs verən 32 yaşlı Laura Ramos adlı qadın iki şagirdi ilə cinsi əlaqəyə girdiyi üçün mühakimə edilib.
Teleqraf.com-un xəbərinə görə,18 yaşlı şagirdlərdən biri müəlliməsi ilə avtomobildə və bir restoranın elektrik otağında cinsi əlaqəyə girdiyi barədə ifadə verib: "Müəllimə artıq əri ilə cinsi əlaqəyə girmədiyini, uzun müddətdir ən yaxşı münasibəti mənimlə yaşadığını dedi".
Şagird müəllimənin digər şagirdlərlə də münasibəti ola biləcəyini deyib. Bundan sonra müəllimə barədə həbs qərarı verilib. Başqa bir şagirdini avtomobilinə alıb münasibətdə olmaq üçün çimərliyə getmək istəyən müəllimə saxlanılıb. Məhkəmə qarşısına çıxarılan müəllimə təzminat qarşılığında sərbəst buraxılıb.