2 Dekabr 2018 22:16
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanı mitinqdə çıxış edərkən elektrik cərəyanı vurub.

Teleqraf.com xəbər verir ki, parlament seçkiləri öncəsi "Mənim addımım" blokunun lideri Paşinyan mikrafonla danışarkən qəfil tullanıb.

Məlum olub ki, Paşinyanın əlindəki mikrafonun cərəyan xəttinin üstü açıq olub və natiqi "sancıb".

Köməkçiləri mikrafonu Paşinyandan alaraq ştativə bərkidiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər