Xırdalan şəhərində taksi sürücüsü quldurluqla üzləşib.
Teleqraf.com xəbər verir ki, rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakininin idarə etdiyi “London-Taxi” markalı avtomobilə minib.
Onlar sürücüdən Xırdalan şəhərinə sürməyi bildiriblər.
Xırdalan şəhəri ərazisində onlar sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alıblar.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirdiyinə görə məhkum olunmuş Sahib Cəfərli saxlanılıb.
Bu cinayətdə şübhəli bilinən Sahib Cəfərlinin qardaşı, əvvəllər qəsdən sağlamlığa zərər vurduğu üçün 2 dəfə məhkum olunmuş Mehdi isə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Araşdırmalarla onun qanunsuz olaraq silah saxladığına görə axtarışda olduğu da müəyyən edilib.
Cinayətin daha bir iştirakçısının şəxsiyyəti müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.