5 Dekabr 2018 10:02
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Zeytun bağları küçəsi 2/1 saylı ünvanda paytaxt sakini, 1987-ci il təvəllüdlü Vaqif Salahova hücum edilib.

Silahlı olan 4 nəfər maskalı şəxs Vaqif Salahovun idarə etdiyi “Lada Priora” markalı avtomobili hədə-qorxu yolu ilə saxladıblar.

Daha sonra həmin şəxslər Vaqif Salahovu zorla maşından düşürüblər. Həmin şəxslər ona bıçaqla xəsarət yetiriblər. Sonra avtomobildə olan 3572 manatı götürüb hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edilib.

Hazırda cinayəti törədən şəxslərin müəyyən edilərək, tutulması istiqamətində əməliyyat tədbirləri görülür.

Vaqif Salahov "Nan" şokalad şirkətində ekspeditor işləyir.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər