Son günlər sosial şəbəkələrdə yayımlanan xəyanətlə bağlı məlum foto və videogörüntülər bir çox xəbər saytlarının manşetini bəzədi.
Teleqraf.com xəbər verir ki, müzakirə mövzusu olan xəyanətlə bağlı məsələ bu dəfə ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində çozülüb.
Əri tərəfindən saçları qırxılan gənc qadının videosu ətrafında müxtəlif fikirlər səsləndirilib.
Məlum olaya aydınlıq gətirmək üçün gəlinin qayınanası verilişə canlı telefon bağlantısı ilə qoşularaq fikirlərini bildirib. Afət adlı qadın videonun onlar tərəfindən yayılmadığını deyib. O, əlavə edib ki, videogörüntünü gəlinin anasını çağıraraq ona veriblər.
Həmin görüntüləri təqdim edirik: